Ceyhun Bayramov Türkiyəyə getdi - İƏT XİN Şurasının iclasında iştirak edəcək

Ceyhun Bayramov Türkiyəyə getdi - İƏT XİN Şurasının iclasında iştirak edəcək

Hazırda oxunan: Ceyhun Bayramov Türkiyəyə getdi - İƏT XİN Şurasının iclasında iştirak edəcək

255788

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib.

Məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO