AŞPA-nın yay sessiyası başladı - YENİLƏNİB

AŞPA-nın yay sessiyası başladı - YENİLƏNİB

Hazırda oxunan: AŞPA-nın yay sessiyası başladı - YENİLƏNİB

25570

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayıb.

Bizim.Media-nın məlumatına görə, sessiyada media azadlığı, COVID-19 pandemiyası, “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” İstanbul Konvensiyası ilə bağlı aktual məsələlər müzakirə olunacaq.

Həmçinin Krım tatarlarının vəziyyəti də gündəmə gətiriləcək.

Qurumun yay sessiyasında Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli iştirak edirlər.

***

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır. 

Bizim.Media xəbər verir ki, sessiya qarışıq formatda keçirilir, üzv ölkələrin nümayəndələrinə yay sessiyasında uzaqdan iştirak etmələrinə və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə verilir. 

Sessiya çərçivəsində Avropa Şurasının Qadına Şiddətin və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə Konvensiyasının (İstanbul Konvensiyası) 10-cu ildönümü qeyd ediləcək, bu mövzuda debat keçiriləcək. Həmçinin sessiyada fundamental hüquqların qorunması və COVID pasportlarının və ya sertifikatlarının qanuni təsirləri müzakirə ediləcək. 

Macarıstan xarici işlər naziri Peter Sijarto və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç sual-cavab sessiyasında iştirak edəcək. Bolqarıstan və Albaniyadakı son parlament seçkiləri ilə bağlı hesabatlar müzakirə ediləcək.

Sessiyada Xorvatiya və Rusiya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. 

“Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq. Sessiya ərzində Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada afrofobiya ilə mübarizə və digər məsələlər də nəzərdən keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO