İlham Əliyev Ərdoğanla Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsini gəzdi - FOTO

İlham Əliyev Ərdoğanla Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsini gəzdi - FOTO

Hazırda oxunan: İlham Əliyev Ərdoğanla Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsini gəzdi - FOTO

255627

Xəbər verdiyimiz kimi iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsiblər.
 

Daha sonra Prezidentlər “Azərbaycan” məhəlləsini gəzib burada inşa edilmiş mənzillərə baxıblar.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Azərbaycan və Türkiyənin dövlət başçılarını balacalar böyük sevinclə qarşılayıblar. Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinləyiblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim ediblər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı var. Burada təhsilə dəstək məqsədilə əlavə otaqlar da uşaqların ixtiyarına verilib. Binada zəruri tədris materialları ilə təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərslərinin keçirilməsi üçün otaqlar, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün emalatxanalar yaradılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO