Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib.
“Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, - paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:37 / 15.06.2025
Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
Hazırda oxunan: Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
Hazırda oxunan: Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
254799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.