Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR - FOTO

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR - FOTO

253320

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.

 

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

 

M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO