Azərbaycanla Rusiya arasında postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olundu - FOTO

Azərbaycanla Rusiya arasında postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olundu - FOTO

253282

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.

Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO