Yəhudilər Azərbaycana gəlməyə hazırlaşır - “Israel HaYom” qəzetindən ÖZƏL

Yəhudilər Azərbaycana gəlməyə hazırlaşır - “Israel HaYom” qəzetindən ÖZƏL

Hazırda oxunan: Yəhudilər Azərbaycana gəlməyə hazırlaşır - “Israel HaYom” qəzetindən ÖZƏL

25327

“İyunun 21-dən başlayaraq ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycana gəlmələrinə icazə verilir. Koronavirusla uzun aylar mübarizədən sonra israillilər onlar üçün ən populyar turizm istiqamətlərindən biri olan Azərbaycana nəhayət gələ və bu ölkədə istirahət edə biləcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Odlar Yurdu israilli turistlər üçün açılır” sərlövhəli məqaləsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İSRAİLDƏ RADİKAL SAĞÇILAR – Azərbaycanı nə gözləyir?


“Israel HaYom” qəzetinin müxbiri vurğulayır: 

“2017-ci ildə Azərbaycana gələn 15369 israilli turistdən sonra 2018-ci ildə onların sayı 40082-yə, 2019-cu ildə isə hətta 47003 nəfərə çatdı”.

2018-ci ildə yaradılan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində deyib ki, Azərbaycan peyvənd vurduran israilli turistlərə qapılarını yenidən açmağa hazırdır. Onlar “yaşıl pasport”larını, Təl-Əvivdən uçuşa 72 saat qalmış koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.

Tezliklə Təl-Əvivdə Azərbaycanın turizm ofisi fəaliyyətə başlayacaq. Koronavirus pandemiyasından əvvəlki statistik rəqəmlər açıq-aydın göstərir ki, pandemiya böhranı bütün dünyada turizm sənayesinə ağır zərbə vurub.

Məqalənin davamında yazılıb ki, “Azərbaycan qədim tarixə, çoxəsrlik ənənələrə, gözəl təbiətə və parlaq mədəniyyətə malik dövlətdir. 

Bu ölkədə qədim petroqlifləri, zərdüştilik məbədlərini, şərq saraylarını, müasir muzeyləri görmək, isti dənizdən, ucu-bucağı görünməyən çimərliklərdən zövq almaq, çoxsaylı festival və konsertləri izləmək mümkündür. Azərbaycan hərcəhətli ölkədir, kinofilmlərin, bədii fotosessiyaların çəkilişi üçün, sadəcə olaraq, coşqu, gözəl əhval-ruhiyyə axtarmaq üçün ideal məkandır, çünki bu ölkədə hər şey tapmaq mümkündür”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır ki, Azərbaycanda turizm aktiv şəkildə inkişaf edir. Odur ki, israillilərin Odlar Yurduna səyahəti maraqlı olacaq və yaddaqalan təcrübəyə çevriləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO