Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol millimizin Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!”
Qeyd edək ki, iyunun 2-də İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Bizim.Media