Ərdoğan: “İlham Əliyev Qarabağın hər bir guşəsinin inkişafı üçün səylərini səfərbər edib”

Ərdoğan: “İlham Əliyev Qarabağın hər bir guşəsinin inkişafı üçün səylərini səfərbər edib”

Hazırda oxunan: Ərdoğan: “İlham Əliyev Qarabağın hər bir guşəsinin inkişafı üçün səylərini səfərbər edib”

252692

“İlham Əliyev Qarabağın hər bir guşəsinin inkişafı və firavanlığı üçün bütün səylərini səfərbər edib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın açdığı yarala sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri bu yaxınlarda Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 May Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO