Xəbər verdiyimiz kimi, ötən bazar günü Ukrayna Rusiya ərazisindəki aerodromlara kütləvi hücum təşkil edib. Ukrayna kəşfiyyat qüvvələrinin Rusiya ərazisində həyata keçirdikləri əməliyyat nəticəsində bu ölkə 41 ədəd strateji təyyarəsini itirib. İddialara görə, hədəfə alınan strateji təyyarələrin 34 faizi məhv edilib. Nəticədə Rusiyanın Tu-95, Tu-22M3 və A-50 tipli strateji təyyarələri sıradan çıxarılıb. Həyata keçirilən proses Rusiyaya 7 milyard dollar ziyan vurub.
Aydın məsələdir ki, Kreml Kiyevin bu addımına sakit dayanaraq baxmayacaq. Birmənalı olaraq, Rusiya Ukraynaya daha kəskin cavab zərbələri endirəcək.
Belə bir vəziyyətdə görəsən Moskvanın cavabı nə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Ukraynanın Rusiyaya endirdiyi ağır zərbə fonunda Putinin susması ciddi mətləblərdən xəbər verir.
Belə ki, həmsöhbətimizin fikrincə, Putin Ukraynaya ağır cavab zərbəsi endirmək niyyətindədir:
“İlk növbədə də nüvə doktrinasını əsas gətirib taktiki nüvə silahları ilə Ukraynanı vurmaq niyyətinə düşə bilərlər. Bu silahlardan istifadə ehtimalı az da olsa var. Ancaq indilikdə Putin ABŞ-dan ehtiyat edir. Görünür, Trampla məsləhətləşməyə və onu inandırmağa ehtiyac var.
Rusiya Ukraynaya ağır raket zərbələri endirəcək, nəticədə bu dəfə ölənlərin sayı əvvəlkilərindən dəfələrlə artıq olacaq və Kreml bununla vurulan aerodromların, dağıdılan körpülərin intiqamını aldığını elan etməyə çalışacaq”.
Ekspert qeyd edir ki, Putin ona qarşı edilən hərəkətə artıqlaması ilə cavab verməsə, rahat ola bilmir:
“Üstəlik Ukrayna Prezidentinin dünənki hadisədən sonra təhlükəsizlik xidmətinin rəisilə görüşməsi və baş verən hadisələri az qala bayrama çevirmək cəhdləri də Rusiyanı qızışdıracaq. Ağıllı dövlət rəhbəri bu cür hadisədən sonra belə davranmaz”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:20 / 03.06.2025
Rusiya qisas planını İŞƏ SALDI – Ukraynaya nüvə zərbəsi XƏBƏRDARLIĞI
Hazırda oxunan: Rusiya qisas planını İŞƏ SALDI – Ukraynaya nüvə zərbəsi XƏBƏRDARLIĞI
Hazırda oxunan: Rusiya qisas planını İŞƏ SALDI – Ukraynaya nüvə zərbəsi XƏBƏRDARLIĞI
252632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.