Olivye Le Peş İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Olivye Le Peş İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Hazırda oxunan: Olivye Le Peş İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

252602

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.

“Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edilib, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyi bildirilib.
 

Görüşdə şirkət tərəfindən “SOCAR Green” şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihənin həyata keçirilməsi barədə məlumat verilib.


Söhbət zamanı ölkəmizlə bu şirkət arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO