İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisini qəbul edib - FOTO/VİDEO

İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisini qəbul edib - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisini qəbul edib - FOTO/VİDEO

252589

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirilib.

Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunulub.

Vurğulanıb ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir.

Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.

Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini deyib. O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlət başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.


Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO