Ermənistandan Fransaya gözlənilməz JEST – Rusiya buna SƏSSİZ QALMAYACAQ...

Ermənistandan Fransaya gözlənilməz JEST – Rusiya buna SƏSSİZ QALMAYACAQ...

Hazırda oxunan: Ermənistandan Fransaya gözlənilməz JEST – Rusiya buna SƏSSİZ QALMAYACAQ...

252164

İyunun 2-də Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Fransanın fəxri konsulluğu açılacaq.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd olunub ki, konsul Gorus Frankofoniya Mərkəzinin rəhbəri Karmen Apunts olacaq.

Fransaya “hə”, Rusiyaya “yox”

Bu artıq sözügedən vilayətdə xarici ölkələrin açdığı ikinci konsulluq olacaq. İlk olaraq İran Qafanda Baş konsulluq açmışdı. Rusiya da 2023-cü ildən bəri burada öz konsulluğunu açmaqda israrlıdır. Lakin hələlik Kremlin bu istəyi reallaşmır.

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri belə Moskvanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib. Hətta qəzet iddia edir ki, bu ərazidə Rusiyanın konsulluğu açılmaya da bilər.

Fransaya gəldikdə, aydın məsələdir ki, bu addımı ilə Paris Ermənistanda mövqelərini möhkəmləndirməyi planlaşdırıb. Bu isə Rusiyanı heç bir halda razı sala bilməz.

Görünən odur ki, Ermənistan böyük güclərin mübarizə meydanına çevrilmə riski ilə üzləşə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Parisin bu addımı Rusiyanı əsəbləşdirməklə yanaşı, bölgədə böyük güclərin təsir mübarizəsini gücləndirəcək:

“Fransanın Gorusda konsulluq açmaq istəyi Cənubi Qafqazda geosiyasi dinamikaları daha da mürəkkəbləşdirir. İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı və konsulluğun açılış mərasiminin planlaşdırılması bölgədə böyük güclərin təsir mübarizəsini gücləndirəcək. Fransa bu addımı ilə Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışır.

Rusiya isə ənənəvi olaraq Cənubi Qafqazı öz təsir dairəsində görür. Beləliklə, Fransanın bu təşəbbüsü Moskvanı qəzəbləndirir, çünki bu, Rusiyanın regional hegemonluğuna meydan oxumaq deməkdir. Ermənistan böyük güclərin mübarizə meydanına çevrilmə riski ilə üzləşir”.

Ermənistan-Rusiya münasibətlərində gərginlik

Ekspert qeyd edir ki, tarixən regionda Rusiya, ABŞ, Türkiyə və İrandan ibarət güclər arasında rəqabət mövcuddur və bu fonda Fransanın da aktivləşməsi mövcud balansı dəyişə bilər:

“Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşması Moskvada narahatlıq yaradır. Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə öz orbitində saxlamağa çalışır. Lakin Ermənistanın Aİ-nin müşahidə missiyasını dəvət etməsi Rusiyanın təsirini zəiflədir.

Fransa konsulluq açmaqla həm siyasi, həm də hərbi-kəşfiyyat sahəsində mövqelərini gücləndirmək istəyir. Bu, Ermənistanda Qərb tərəfdarlarının sayını artıra bilər. Eyni zamanda, Rusiya ilə münasibətlərdə gərginlik yaradır. Ermənistan bir tərəfdən Rusiyaya, digər tərəfdən Qərbə "bağlıdır", bu da ölkəni ikili sadiqlik dilemması ilə üz-üzə qoyur”.

Rusiya və İran səssiz qalmayacaq

Həmsöhbətimizin fikrincə, böyük güclərin mübarizəsi Ermənistanı daxili və xarici təzyiqlərə məruz qoya bilər:

“Bölgədə gərginlik artarsa, bu, Azərbaycan və Türkiyə ilə münasibətlərə də təsir edər. Azərbaycan  əldə etdiyi qələbədən sonra regional təsirini xeyli artırıb. Fransanın Ermənistandakı fəallığı Azərbaycan-Ermənistan sülh danışıqlarını çətinləşdirə bilər.

Yaranmış durumda Rusiya öz təsirini qorumaq üçün Zəngəzur dəhlizi məsələsində təzyiqləri artıracaq. İran da bu prosesdən kənarda qalmayaraq öz maraqlarını müdafiə etməyə cəhd göstərəcək. Bölgəni gələcəkdə qeyri-sabitlik, hərbi gərginlik və iqtisadi çətinliklər gözləyə bilər. Ermənistanın böyük güclər arasında manevr etməsi, daxili sabitliyə də təsir edə bilər. Əgər Ermənistan Qərbə daha çox yaxınlaşarsa, Rusiyadan iqtisadi və hərbi dəstəyi itirəcək”.

Politoloq deyir ki, Ermənistanın böyük güclərin toqquşma mərkəzinə çevrilməsi bütün region üçün təhlükəlidir:

“Nəticədə, regionda yeni güc balansı formalaşar, bu da uzunmüddətli sülhü çətinləşdirər. Cənubi Qafqaz böyük güclərin toqquşma nöqtəsinə çevrilərsə, bütün region ölkələri bu gərginlikdən zərər çəkər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO