Döyülən uşağın atası DANIŞDI: “Pul təklif etdilər” - VİDEO

Döyülən uşağın atası DANIŞDI: “Pul təklif etdilər” - VİDEO

Hazırda oxunan: Döyülən uşağın atası DANIŞDI: “Pul təklif etdilər” - VİDEO

252051

Lənkəran şəhərində yerləşən “Kaspi Kids” məktəbəqədər hazırlıq kursunda müəllimə tərəfindən döyülən uşağın atası açıqlama verib.

Bizim.Media Cenublu.az-a istinadən xəbər verir ki, azyaşlının atası Fuad Hüseynov bildirib ki, uşağın müəlliməsi özü təsdiqləyib ki, o, uşağı vurub.

Belə ki, bağça işçiləri uşağın üzərindəki paltarı dəyişib hadisəni gizlətməyə çalışıblar. Uşaq 2-3 saat ərzində bu vəziyyətdə qalaraq ağlayıb.

“Onlar hadisədən sonra evimə gəliblər. 950 manat gətiriblər. Təklif ediblər ki, uşağın aylıq ödənişidir və onu geri qaytarırıq. Sonra yalan məlumat yaydılar ki, guya mən uşağı pulsuz oxutdurmuşam. Mən istəyirəm ki, hadisəyə hüquqi qiymət verilsin,” — deyə Fuad Hüseynov bildirib.

Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO