Sadır Japarov: “Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir”

Sadır Japarov: “Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir”

Hazırda oxunan: Sadır Japarov: “Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir”

252024

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.
 

Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.


Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqe tutur, beynəlxalq arenada böyük nüfuza malikdir.

Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO