Prezident İlham Əliyev Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".
Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə imzalanıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:44 / 29.05.2025
Bu sahəyə çəkilən xərclər qismən geri ödəniləcək – SƏRƏNCAM
Hazırda oxunan: Bu sahəyə çəkilən xərclər qismən geri ödəniləcək – SƏRƏNCAM
Hazırda oxunan: Bu sahəyə çəkilən xərclər qismən geri ödəniləcək – SƏRƏNCAM
252021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.