Paşinyan TƏKLƏNİB: “Seçkidən sonra ordu işə qarışa bilər”  - Fərhad Məmmədov

Paşinyan TƏKLƏNİB: “Seçkidən sonra ordu işə qarışa bilər”  - Fərhad Məmmədov

Hazırda oxunan: Paşinyan TƏKLƏNİB: “Seçkidən sonra ordu işə qarışa bilər”  - Fərhad Məmmədov

25200

“Ermənistanda seçki kampaniyası artıq yekunlaşmaq üzrədir. Ölkədə demək olar ki, seçkiqabağı təbliğatı olmadı, çünki tərəflər ancaq bir-birlrini qarşılıqlı ittiham və təhqir etməklə məşğul idi. Ermənistan cəmiyyəti onsuz da parçalanmışdı, bu hadisələr isə prosesi daha da dərinləşdirdi. Müşahidələrə görə, Nikol Paşinyanın daha çox səs toplayacağını ehtimal etmək olar. Mən xüsusi olaraq qalib demirəm, çünki zəfər ölkədə seçkilərdən sonra höküməti formalaşdıra bilən siyasi partiyanın olacaq. Paşinyanın höküməti formalaşdırmaq  üçün 54 % səsə ehtiyac var. Ancaq onun təkbaşına bu faizi toplamağı sual altındadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov iyunun 20-də Ermənistanda keçirilən seçkilər haqqında danışarkən deyib.

O, bildirib ki, Ermənistan seçki qanunvericiliyinin tələbinə uyğun olaraq, ancaq 5%-lik barajı keçə bilən siyasi partiya parlamentdə təmsil oluna bilcək.

“Ancaq keçirilən sorğuların nəticəsinə görə, bu səddi 2 və ya 3 partiya keçə biləcək. Bu da onu göstərir ki, seçkidə heç bir qüvvə höküməti formalaşdırmaq üçün yetərli səsi toplaya bilməyəcək. Ona görə, seçkilərin ikinci turu təyin edilə bilər. İkinci mərhələdə isə ancaq 5%-lik barajl keçən 2 və ya 3 partiya iştirak edə bilər ki, onlar da müvafiq qaydada 54%-lik səsi toplaya bilsinlər”.

Ölkədə koalisiya qurmaq üçün Köçəryanın şansının daha çox olduğunu qeyd edən, siyasi şərhçi, bir çox partiyanın Nikol ilə işləmək istəmədiyini də vurğulayıb.

“Bir çox siyasi partiyalar Paşinyanla koalisiyaya daxil olmaq istəmir. Onlar əksinə onun hakimiyyətdən getməyinin tərəfdarıdır”.

F.Məmmədov  əsas məsələdən - seçkilərin nəticələrinin tanınması prosesindən də soz açıb:

“Müxalifətin əsas hissəsi olan Köçəryan və Sarkisyan tərəfdarları seçkilərin saxtalaşdırılacağını bildirirlər. İrəvanda iyunun 21-də artıq bir neçə mitinq təyin olunub. Bu aksiyalar bir-birinə yaxın yerlərdə keçiriləcək. Buradan da bəllidir ki, ölkədə müəyyən gərginlik artacaq. Əgər seçkilərdə saxtakarlıq həqiqətən də geniş təşkil olunsa və Köçəryan tərəfi bunu sübut edə biləcəksə, onda ordu birləşmələri də müxalifətə qoşulub, artıq legitimliyini itirən Paşinyana qarşı daha rahat fəaliyyətə keçə biləcək. Bu da ən kəskin ssenarilərdən biri olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO