Rusiya XİN ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya XİN ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Hazırda oxunan: Rusiya XİN ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

25196

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

“Regional münaqişələrin həllində ATƏT-in rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO