Liderlərin tarixi LAÇIN GÖRÜŞÜ – Dünyaya verilən mühüm MESAJLAR

Liderlərin tarixi LAÇIN GÖRÜŞÜ – Dünyaya verilən mühüm MESAJLAR

Hazırda oxunan: Liderlərin tarixi LAÇIN GÖRÜŞÜ – Dünyaya verilən mühüm MESAJLAR

251945

Xəbər verdiyimiz kimi, Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakları ilə Zirvə görüşü keçirilib. Hər üç lider Zirvə görüşündə çıxış edərək, dünya və regional proseslərlə bağlı vacib mesajlar veriblər. Onlar həmçinin çıxışlarında Azərbaycan-Türkiyə-Pakistan dostluq və əməkdaşlığının mühüm əhəmiyyətindən, regiona verdiyi töhfədən söz açıblar.

Laçından dünyaya verilən mesajlar

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, üç dövlətin bu birliyi ilk növbədə Ermənistana ciddi mesajdır:

“İrəvan  öz himayədarlarına, xüsusən də Fransaya arxalanıb, Azərbaycanla təhdid dililə danışa bilməz. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin artıq ikinci dəfədir ki, bir araya gələrək üç qardaş formatında zirvə görüşü keçirmələri mühüm tarixi bir hadisədir. Onun bir rəmzi mənası da var ki, həmin görüş 28 may tarixinə, Azərbayan tarixinin şanlı səhifəsinə, ölkəmizin Müstəqillik Gününə təsadüf etdi. Budəfəki görüş işğaldan azad olunmuş Şərqi Zəngəzurda, Laçında baş tutdu.

Bu tədbirin ən böyük mesajı isə 3 ölkə arasında dostluq sınaqdan çıxmış bir dostluqdur.

3 ölkənin bir yerdə olması 350 milyon əhalisi olan 3 qardaş dövlət deməkdir. Bu  habelə 1,5 trilyon dollar həcmində iqtisadiyyat deməkdir. Türkiyə dünyanın 19-cu iqtisadiyyatına malik ölkədir. NATO-da isə ikinci güc mərkəzidir. Pakistan müsəlman dünyasının yeganə nüvə dövlətidir. Baş nazir Şahbaş Şərifin qeyd etdiyi kimi, Pakistan məhz 1998-ci ilin mayın 28-də nüvə silahına malik olub. Pakistan həm də Cənubi Asiyanın körpüsüdür. Azərbaycan isə regional gücdür, dünyanın əsas enerji mənbəyi və nəqliyyat mərkəzlərindən birinə çevrilib”.

Deputat qeyd edir ki, 3 ölkə birlikdə dünyaya sülh mesajları ünvanlayır:

“Bu birliyimiz heç bir tərəfi hədəfə almayıb. Digər tərəfdən, Bakı və Ankara Hindistanla münaqişədə Pakistanın haqq işini müdafiə edib. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi, siyasi dəstək verdi. Eyni dəstəyi Pakistan da həyata keçirdi. Bu 3 ölkə hər zaman bir-birinin yanındadır.

Birlik bizi gücləndirir, hədəflərimizə doğru iri addımlarla aparır və birliyimiz heç bir üçüncü tərəfi hədəfə almayıb. Məqsədimiz regional və qlobal səviyyədə sülhə, əmin-amanlığa, təhlükəsizlik mühitinin formalaşmasına dəstək verməkdir. 3 qardaş dövlət liderlərinin Laçındakı Zirvə görüşü də eyni məqsədi güdür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO