Şahbaz Şərif: “Üç qardaş ölkənin ailə olaraq bir araya gəlməsi tarixin ən gözəl anlarından biridir”

Şahbaz Şərif: “Üç qardaş ölkənin ailə olaraq bir araya gəlməsi tarixin ən gözəl anlarından biridir”

Hazırda oxunan: Şahbaz Şərif: “Üç qardaş ölkənin ailə olaraq bir araya gəlməsi tarixin ən gözəl anlarından biridir”

251817

“Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan və Türkiyədə olan bacı-qardaşlarımız bizi dərhal dəstəklədilər. O da bir alınmaz qala kimi dəstək idi. Əziz qardaşım İlham Əliyev də, bizim azərbaycanlı bacı-qardaşlarımız da eyni qətiyyəti göstərdilər və Pakistanla həmrəy olduqlarını nümayiş etdirdilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Liderlərin üçtərəfli Zirvə görüşləri mütəmadi olaraq KEÇİRİLƏCƏK


“Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq.

Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”, - deyə Məhəmməd Şahbaz Şərif əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO