“Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlət başçısı qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:20 / 28.05.2025
Prezidentdən dünyaya MESAJ: “Əminəm ki, lazımi ünvana çatacaq” - VİDEO
Hazırda oxunan: Prezidentdən dünyaya MESAJ: “Əminəm ki, lazımi ünvana çatacaq” - VİDEO
Hazırda oxunan: Prezidentdən dünyaya MESAJ: “Əminəm ki, lazımi ünvana çatacaq” - VİDEO
251808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.