Rubio: “Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Rubio: “Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Hazırda oxunan: Rubio: “Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

251698

ABŞ Dövlət katibi Marko Rubio 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayımlanan təbrikdə qeyd olunub.

“Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir.

Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq. Son 33 il ərzində qurulmuş tərəfdaşlığımız təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi artım sahələrində ümumi maraqları irəli sürməyə davam edir. Biz əməkdaşlığımızı dərinləşdirməyə və Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO