Səmimi DİALOQ: "50 illiyimi laçınlılarla qeyd etdim, 60 illiyimi Cıdır düzündə" - VİDEO

Səmimi DİALOQ: "50 illiyimi laçınlılarla qeyd etdim, 60 illiyimi Cıdır düzündə" - VİDEO

Hazırda oxunan: Səmimi DİALOQ: "50 illiyimi laçınlılarla qeyd etdim, 60 illiyimi Cıdır düzündə" - VİDEO

251656

Xəbər verdiyimiz kimi mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Bizim.Media xəbər verir ki, açarların təqdimetmə mərasimində dövlətimizin başçısı ilə sakinlər arasında səmimi dialoq olub:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Bəylik sakinlərinə: “May ayı sizin üçün ikiqat bayram ayı olacaq”


Ülviyyə Həsənova: Çox sağ olun, təşəkkür edirəm. Olar yoldaşım da gəlsin, ikimiz də?

Prezident İlham Əliyev: Əlbəttə, bəli.

Ülviyyə Həsənova: Gəl, ikimiz də şəkil çəkdirək.

Həyat yoldaşı: Çox sağ olun.

Ülviyyə Həsənova: 50 illik yubileyimdə mənim üçün ev hədiyyəsi. Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, ad günü münasibətilə.

Ülviyyə Həsənova: Bu gün 30 illik evlilik həyatımızın ən gözəl hədiyyəsidir, ən gözəl.

Həyat yoldaşı: Olar bir-iki kəlmə söz deyim?

Prezident İlham Əliyev: Əlbəttə.

Həyat yoldaşı: Cənab Prezident, 2012-ci il dekabrın 24-də laçınlı keçmiş məcburi köçkünlər üçün Ağcabədi rayonunda salınmış Taxtakörpü qəsəbəsinin açılışına gələndə Siz demişdiniz ki, - mən də onda xidmət edirdim, - inşallah, torpaqlarımız azad olunacaq, bundan da yaxşı evlər tikib sizə açarları təqdim edəndə deyəcəksiniz ki, cənab Prezident, bizim şəhərimizə, bizim kəndimizə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: O vaxt 50 illiyimi laçınlılarla birlikdə qeyd etdim. 60 illiyimi isə Şuşada qeyd etdim, Cıdır düzündə.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO