Albaniya Prezidenti: “Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndiririk”

Albaniya Prezidenti: “Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndiririk”

Hazırda oxunan: Albaniya Prezidenti: “Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndiririk”

251650

Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi təbriklərimi, əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.
 

Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında tərəfdaşlığın inkişafından məmnundur. Qarşılıqlı hörmət və ümumi maraqlar üzərində qurulan münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Tərəfdaşlığımızın dərinləşməsində Sizin mühüm rolunuzu yüksək dəyərləndirir və buna görə minnətdarlığımı bildirirəm.


Əminəm ki, Sizin rəhbərliyiniz altında Albaniya ilə Azərbaycan arasında dostluq daha da möhkəmlənəcək, enerji, turizm və infrastruktur kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizə bir daha təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO