“Sən mütləq general olacaqsan!..”

“Sən mütləq general olacaqsan!..”

Hazırda oxunan: “Sən mütləq general olacaqsan!..”

251630

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb.

Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

Sakin: Bəli, birinci gələnlərdənik.

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

Prezident İlham Əliyev: Olar, çəkdirək.

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO