Ərdoğandan TƏBRİK: “Azərbaycanın əldə etdiyi nailiyyətlərindən qürur duyuruq”

Ərdoğandan TƏBRİK: “Azərbaycanın əldə etdiyi nailiyyətlərindən qürur duyuruq”

Hazırda oxunan: Ərdoğandan TƏBRİK: “Azərbaycanın əldə etdiyi nailiyyətlərindən qürur duyuruq”

251432

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz Qardaşım.
 

Can Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.


Bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksək səviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk.

Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO