Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden arasında baş tutan görüşü şərh edib. Politoloq bu barədə “Facebook” səhifəsində post paylaşıb.
O, prezidentlərin görüşlərini müddəalara bölərək, onları ən xırda detallarına qədər deşifrə edib.
MÖVZU İLƏ BAĞLI:
Putin və Bayden Cenevrə görüşü haqda NƏ DÜŞÜNÜRLƏR?
“1.Prezidentlərin görüşləri və birbaşa danışıqları bərpa edildi. Bu, ABŞ və Rusiya arasında bütün sahələrdə danışıqlara yol açır.
2. Danışıqlar açıq, lakin konstruktiv keçdi. Bu, bir çox Qərb liderlərinin Vaşinqtonun qəzəbindən qorxmadan Putinlə görüşməsinə yaşıl işıq yandırır. Yəni burada bir çox ölkə ilə münasibətləri yaxşılaşdırmaq üçün bir fürsət var.
3. Səfirlər yenidən öz işlərinə qayıdırlar. Onlar həm də qadağalar olmadan normal fəaliyyət göstərə biləcəklər. Rusiya səfiri bu ayın sonunda Vaşinqtona qayıdır.
4. Diplomatlar danışıqlardan və səfirlik əməkdaşların sayını dəqiqləşdirdikdən sonra səfirliklərə qaytarılacaqlar. Bu normal diplomatiyanı təmin edəcək. Buna görə viza verilməsi də davam etdiriləcək”.
Politoloq həmçinin digər məsələlərdə toxunub. O, danışıqlarda ABŞ və Rusiya arasında olan kiberhücumlar barədə qarşılıqlı ittihamlar barədə də müzakirələrin olduğunu qeyd edib.
“5. Kiber təhlükəsizlik ilə bağlı məsləhətləşmələr olacaq. Bu gələcəkdə kibertəhlükəsizliyə dair bir fürsət və bəlkə də bir razılaşma əldə ediləcəyinə imkan verəcək.
6. Strateji sabitlik və strateji silah nəzarətinə dair danışıqlar olacaq.
7. Bayden Minsk razılaşmalarının həyata keçirilməli olduğunu təsdiq etdi. Yəqin ki, Putin bu sözləri Baydendən qopardı.
8. Yaxın gələcəkdə məhkumların mübadiləsi haqqında müzakirələr olacaq. Göründüyü kimi Viktor But azad olunacaq”.
Markov danışıqlarda Rusiya-Ukrayna barədə müzakirələrin olduğu barədə də yazıb. O, fikirlərini bu sözlərlə bitirib:
“Görünən odur ki, Ukrayna əsas mövzulardan biri olub. Putin NATO üzvlüyünə dair qırmızı xətti təsdiqləyib. Danışıqlardan sonra da demək olar ki, ABŞ və Rusiya arasındakı fikir ayrılıqları olduğu kimi qaldı. Putin isə danışıqlardan sonra qəzəbli idi. Bu çox yaxşıdır. Qəzəbli Putin həmişə doğru sərt qərarlar qəbul etməyi bacarır”.
Vüsalə Balayeva, Bizim.Media