“Düşmən dayanmaq bilmir. Bir QHT dövlətdən də güclü fəaliyyət nümayiş etdirir. Amerika Erməni Milli Komitəsi (ANCA) Dağlıq Qarabağa yardımı artırmaq və ABŞ-ın Azərbaycana yardımını əngəlləmək məqsədilə Qarabağ üçün 250 milyon dollar yardım tələb edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə komitə Əliyev rejiminə (burada Azərbaycan adını bilərəkdən vurğulamırlar ki, ölkəmizdən olan bəzi qüvvələri də bu prosesə qoşa bilsinlər) beynəlxalq maliyyə vəsaitlərinin və ya kreditlərin verilməsinin əngəllənməsini istəyir:
“Təklif, 2022-ci - Maliyyə ili üçün xarici yardım qanun layihəsini hazırlayan ABŞ Təmsilçilər Məclisininin iclasına təqdim olunub. Ona görə də arı kimi çalışmağımız lazımdır. Bu cür təşəbbüsləri əhəmiyyətsizləşdirmək üçün effektli fəaliyyət formalarını Türkiyə ilə birlikdə gerçəkləşdirməyi bacarmasaq, bu axının qarşısında xeyli çətinliklər yaşayacağıq”.
Alçina Amilqızı, Bizim.Media
![Dayanmaq bilməyən ermənilərin növbəti TƏXRİBATI – Qarabağ üçün YARDIM tələb edirlər Dayanmaq bilməyən ermənilərin növbəti TƏXRİBATI – Qarabağ üçün YARDIM tələb edirlər](https://bizim.media/file/articles/2021/06/17/1623914062_00ss.jpg)
- A-
- A
- A+
Siyasət
11:11 / 17.06.2021
Dayanmaq bilməyən ermənilərin növbəti TƏXRİBATI – Qarabağ üçün YARDIM tələb edirlər
Hazırda oxunan: Dayanmaq bilməyən ermənilərin növbəti TƏXRİBATI – Qarabağ üçün YARDIM tələb edirlər
Hazırda oxunan: Dayanmaq bilməyən ermənilərin növbəti TƏXRİBATI – Qarabağ üçün YARDIM tələb edirlər
25133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.