Qərbi Azərbaycana qayıdış yolunda TARİXİ ADDIM – Əziz Ələkbərlidən MÜHÜM MESAJ

Qərbi Azərbaycana qayıdış yolunda TARİXİ ADDIM – Əziz Ələkbərlidən MÜHÜM MESAJ

Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış yolunda TARİXİ ADDIM – Əziz Ələkbərlidən MÜHÜM MESAJ

250884

“Dünən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə İrəvan qazılığı bərpa olunub. Bu, Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru atılmış mühüm addımdır, tarixi ədalətin bərpasının növbəti təzahürüdür və mən bu münasibətlə də bütün xalqımızı təbrik edirəm”.

Bizim.Media xəbər veri ki, bunu parlamentin bugünkü iclasında deputat Əziz Ələkbərli çıxışı zamanı deyib. 

O bildirib ki, bundan başqa Qərbi Azərbaycana qayıdışla bağlı bir sıra tədbir və konfranslar keçirilib:

“Mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda gerçəkləşdirdiyimiz beynəlxalq konfransla Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru növbəti, çox mühüm və tarixi bir addım atmış olduq.
 

Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın və Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm adamları, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri qatıldılar. 


Konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin səsləndirilməsi konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO