"Bu davranış Qarabağın kimin vətəni olduğunu göstərmək üçün kifayətdir" - Ərdoğan 

Hazırda oxunan: "Bu davranış Qarabağın kimin vətəni olduğunu göstərmək üçün kifayətdir" - Ərdoğan 

25086

"Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar əvvəlcə buralara, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda, Xocalıda yaşananlara baxmalıdırlar. Sonra vicdanları imkan verərsə, bizə yönəltdikləri ittihamları oturub onlarla ayrıca danışarıq. Amma onların gözləri var, görməz, qulaqları var, eşitməz. Ürəkləri onsuz da duyğularını itirib".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında bildirib.

“Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Bu yerlərin hər tərəfi dağıdılmış, yandırılmış, tar-mar edilmişdir. Gəlsinlər, Qarabağı görsünlər. Hər şey ortadadır. Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları necə bombalayıb, yandırıb gediblər. Onlar gələrkən işğalçı, gedərkən isə tarmaredici idilər”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti deyib ki, bu davranış Qarabağın kimin Vətəni olduğunu göstərmək üçün kifayətdir:

“Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edir və İnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO