Partiyaların susqunluq DÖNƏMİ – Hazırda nə işlə məşğuldurlar? – SORĞU

Partiyaların susqunluq DÖNƏMİ – Hazırda nə işlə məşğuldurlar? – SORĞU

Hazırda oxunan: Partiyaların susqunluq DÖNƏMİ – Hazırda nə işlə məşğuldurlar? – SORĞU

250708

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətində heç zaman olmadığı qədər səssizlik müşahidə olunur. Bələdiyyələrə keçirilən son seçkilərdən üzü bəri əksər partiyaların hər hansı siyasi aktivliyi hiss olunmur. Yalnız bəzi partiya sədrləri müxtəlif mövzularda mətbuata açıqlamaları ilə diqqət çəkirlər. Ümumilikdə isə onların siyasi fəaliyyətində hər hansı ciddi yenilik görünmür.

Görəsən, hazırda ölkənin siyasi partiyaları nə ilə məşğuldurlar?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, hazırda əsas diqqəti bölgələrdə fəaliyyətlərini gücləndirməyə yönəldiblər:

“Hazırda partiyamızın əsas fəaliyyəti bölgələrdə nüfuzumuzun gücləndirilməsinə yönəlib. Eyni zamanda, fəaliyyətimiz təşkilatı gücləndirmək və gələcək seçkilərə hazırlıq istiqamətindədir”.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev diqqəti təşkilatı işlərə yönəltdiklərini bildirdi:

“Hesab etmirəm ki, fəaliyyətimizdə səssizlik hökm sürür. Hazırda təşkilatı işlərlə məşğuluq.

Rayonlara səfərlər edirik. Mövcud durumda fəaliyyətimizdə Ukrayna və Qəzzadakı proseslər daxil olmaqla beynəlxalq məsələlərə münasibət mühüm yer tutur. Əsasən təşkilati işlərlə məşğuluq”. 

ÜMİD Partiyasının təşkilat məsələləri üzrə müavini Taleh Əliyev bildirir ki, siyasi partiyaların səssiz görünməsi əsasən obyektiv səbəblərlə bağlıdır:
 

“Müxalif siyasi partiyaların aktiv siyasi fəaliyyətini yalnız seçkidən seçkiyə müşahidə edirik. Yerli təşkilatlarımızın bələdiyyə seçkilərinə marağı da azdır. Qarşıdakı dövrdə isə seçkilər gözlənilmir. Ona görə də siyasi partiyaların səssiz görünməsinin bu kimi obyektiv səbəbləri var. Amma bununla yanaşı, təşkilatlanmış siyasi partiyaların partiya daxili fəaliyyəti daha aktivdir.


Ümid Partiyasının rəhbər strukturları davamlı olaraq toplantılarını keçirir, ölkədə, dünyada baş verən hadisə və prosesləri müzakirə edir, ona münasibət bildirirlər. Son illər regional müşavirələri daha çox onlayn formada keçirməyə üstünlük veririk. Prezident Adminstrasiyasının müvafiq qurumunun siyasi partiyaların iştirakı ilə təşkil etdiyi görüşlərdə də yaxından iştirak edirik. Habelə, sosial şəbəkələr üzərindən də aktiv fəaliyyətlə məşğuluq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO