Macarıstandan DOSTLUQ MESAJLARI – EKSKLÜZİV

Macarıstandan DOSTLUQ MESAJLARI – EKSKLÜZİV

Hazırda oxunan: Macarıstandan DOSTLUQ MESAJLARI – EKSKLÜZİV

250702

"Azərbaycan-Macarıstan əlaqələri ən yüksək səviyyədədir və bu əlaqələr strateji xarakter daşıyır".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa deyib.

Azərbaycan liderinin Macarıstan səfərini, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü barədə fikirlərini bölüşən politoloq, Bakı ilə Budapeşt əlaqələrinin günbəgün inkişaf etdiyini bildirib.


"Qarşılıqlı etimad mövcuddur və bizim iqtisadi, mədəni, təhsil sahələrində, eləcə də turizm sahəsində münasibətlərimiz çox yüksək səviyyədə inkişaf edir. Bu sahələrdə ciddi artım müşahidə olunur və biz bir-birimizi dəstəkləyirik. Yalnız xalqlar arasında deyil, ən yüksək səviyyədə də dostluq münasibətləri mövcuddur . Ölkələr arasında əməkdaşlıq yalnız ikitərəfli deyil, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq təşkilatlar çərçivəsində də çox böyük rol oynayır".

Bakı ilə enerji sahəsində əməkdaşlığa diqqət çəkən analitik, Macarıstanın ən çətin günlərində Azərbaycanın dəstəyinin əvəzolunmaz olduğunu qeyd edib.

"Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə isə, Azərbaycan bizi yalnız qazla deyil, eyni zamanda elektrik enerjisi ilə də dəstəkləyə bilər. Mən bu münasibətləri olduqca yüksək qiymətləndirirəm. Əlbəttə, enerji sahəsində bizim yüksək marağımız var, lakin əlavə etmək istərdim ki, bu, təkcə qaz idxalı ilə məhdudlaşmır. Çünki Azərbaycanla Macarıstan arasında həyata keçirilən yeni layihələr, məsələn, Azərbaycanla Macarıstan arasında çəkiləcək elektrik kabeli layihəsi, enerjinin təmin edilməsində tamamilə yeni bir yanaşmanı təmsil edir.

Bu layihələr Azərbaycanın iqtisadiyyatı üçün enerji təminatını şaxələndirmək, daha yüksək əlavə dəyərli məhsul istehsal etmək və təkcə qaz ixracı ilə kifayətlənməmək baxımından əhəmiyyətlidir".

Laszlo Vasa əlavə edib ki, iki ölkə xüsusən yaşıl enerji istiqamətində əməkdaşlığı gücləndirəcək:

"Macar şirkətləri bu işlərdə fəal iştirak edirlər. Mədən sənayesində Macar MVM və MOL şirkətləri konsessiyalara malikdir. Biz yaşıl enerji sahəsində investisiyalarda da maraqlıyıq, üstəlik texnologiya və həllər təqdim etməyə hazırıq. Xüsusilə, Qarabağ bölgəsində bərpa işləri zamanı “yaşıl inkişaf”a xüsusi diqqət yetirilir. Bəli, enerji əməkdaşlığın əsas sahələrindən biri olaraq qalır, lakin bununla yanaşı, biz əməkdaşlığımızı necə daha geniş və müxtəlif sahələri əhatə edən bir formaya sala biləcəyimiz üzərində də çalışırıq".

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO