“Ermənistan bir faktı qəbul edə bilmir ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı məhz Azərbaycandır və Azərbaycan İsrail ilə hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin əldə edə bilmədiyi texnoloji üstünlüklər qazanır”.
Bizim.Media xəbər verir ki, bu sözləri yəhudi politoloq Arye Qut İsrailin “KAN” ictimai radiosunun populyar “Beynəlxalq gündəlik” proqramına müsahibəsində söyləyib.
Politoloq tarixə söykənən cavavblarının birində bildirib ki, “düz iki ay bundan əvvəl mən “İsrael HaYom” qəzetinin müxbiri olan dostumu işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərdə müşayiət etmişəm.
Ermənilər Azərbaycanı qondarma “soyqırımı” törətməkdə ittiham edəndə mən onlardan soruşuram: siz elə bilirsiniz biz 29 il bundan əvvəl soyuq fevral gecəsində Azərbaycanın Xocalı şəhərində məhz ermənilərin 613 azərbaycanlını kütləvi şəkildə qətlə yetirməklə soyqırımı aktı törətdiklərini unutmuşuq? Siz elə bilirsiniz biz unutmuşuq ki, bu dinc sakinlərin yeganə “təqsiri” onların azərbaycanlı olması idi?
Əgər ermənilər bu əraziləri “özününkü” hesab edirlərsə, nə üçün məhz erməni işğalından sonra bu ərazilər kabus şəhərlər kimi görünür?”.
Ermənistanın müxtəlif tipli minalar və digər partladıcı qurğular yerləşdirilməsi nəticəsində 120-dən çox Azərbaycan vətəndaşının ölüb yaralandığını deyən Arye Qutun fikrincə, Ermənistan minalanmış sahələrin xəritələrini təqdim etməyə borcludur.
Çünki mina xəritələrinin alınması on minlərlə Azərbaycan vətəndaşının, o cümlədən minaların təmizlənməsi üzrə mütəxəssislərin və jurnalistlərin həyatını, sağlamlığını xilas edəcək:
“Bu həm də bərpa layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıtmasını sürətləndirəcək. Ermənistan Ağdam rayonunda ərazilərin minalanması xəritələrini Azərbaycana verib. Şübhəsiz, bu, erməni saxtakarlığının, dünya birliyinin diplomatik, hətta cinayətkar şəkildə aldadılmasının növbəti təsdiqidir.
Rəsmi Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq Ermənistan rəhbərliyi əvvəlcə minalanmış sahələrin xəritələrini verməkdən imtina edirdi.
Bütün bunlardan sonra Ermənistan İsrail ilə strateji münasibətlər qurmaq istəyir. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bizim dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlığımız ən yüksək səviyyədədir”.
Arye Qut bildirib ki, İsrail-Azərbaycan münasibətləri bu tərəfdaşlığa həsəd aparan qüvvələrə real cavabdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 16.06.2021
“Ermənilər cinayətkarcasına dünyaya yalan danışırlar” – YƏHUDİ POLİTOLOQDAN SƏS YAZISI
Hazırda oxunan: “Ermənilər cinayətkarcasına dünyaya yalan danışırlar” – YƏHUDİ POLİTOLOQDAN SƏS YAZISI
Hazırda oxunan: “Ermənilər cinayətkarcasına dünyaya yalan danışırlar” – YƏHUDİ POLİTOLOQDAN SƏS YAZISI
25068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.