Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaqda MARAQLIDIR - FOTO

Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaqda MARAQLIDIR - FOTO

Hazırda oxunan: Litva şirkəti “Araz Vadisi İqtisadi Zonası”nda mebel klasteri yaratmaqda MARAQLIDIR - FOTO

250231

Azərbaycan və Litva arasında Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
 

Qeyd edilib ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Litvanın “Dominari” şirkətinin nümayəndələri ilə görüşündə aparılıb.


Şirkət təmsilçilərinə Azərbaycanın əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Litva ilə iqtisadi tərəfdaşlığın inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı əlaqələrin, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO