Zakir Həsənov israilli həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə etdi - FOTO

Zakir Həsənov israilli həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə etdi - FOTO

Hazırda oxunan: Zakir Həsənov israilli həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə etdi - FOTO

250194

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.


Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO