“Gedək kofe içək” – Paşinyanın qeyri-rəsmi diplomatiyası – VİDEO

“Gedək kofe içək” – Paşinyanın qeyri-rəsmi diplomatiyası – VİDEO

Hazırda oxunan: “Gedək kofe içək” – Paşinyanın qeyri-rəsmi diplomatiyası – VİDEO

250056

“Azərbaycan Prezidenti ilə görüş üçün növbə gözləyən, amma növbəsi yalnız dəhlizdə çatan bir lider. Ermənistanın baş naziri Nikol Paşinyan. Yayılan videolara baxanda məndə belə təsəvvür yarandı ki, Paşinyan İlham Əliyevlə kəlmə kəsmək üçün fürsət gözləyirdi. Nəhayət istəyinə çatdı. Liderlər əvvəlcə ayaq üstü, sonra oturaraq söhbət etdilər. Paşinyan Rəcəb Tayyib Ərdoğan və Emanuel Makronun İlham Əliyevlə ayaqüstü  görüşlərində də ortadan çıxmadı”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-nin “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, Ərdoğanın həmin andakı jestləri, Makronun isə İlham Əliyevə səmimiyyət sərgilməyə çalışması olduqca diqqət çəkdi:

“Makron özünü elə aparırdı ki, elə bil buna qədər Azərbaycan Prezidentini hədələyən bu deyildi. Azərbaycanlıların gözəl bir məsəli var. Quyruğu qapı arasında qalmaq. Makron və Paşinyan mənə məhz bu misalı xatırlatdı. Bundan bir gün əvvəl isə Paşinyan elə Tiranada İctimai TV-nin suallarına tuş gəlmişdi.

Yeni bir şey demədi. Konstitusiyamızda Azərbaycana ərazi iddiası yoxdur yalanları və ATƏT-in Minsk qrupunun ləğvindən yayınmağın yolları. İlham Əliyevlə söhbətdə Paşinyanın dilindən çıxanları eşidə bilmədik. Onu bədən dili ilə oxumağa çalışdıq”.

Albaniyada yaşananların detallı təhlili süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO