“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil” - Rəsmi Bakı

“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil” - Rəsmi Bakı

Hazırda oxunan: “Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil” - Rəsmi Bakı

24992

“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın Şuşa ziyarəti güc nümayiş etdirmək cəhdidir – Qondarma rejimdən GÜLÜNC AÇIQLAMA


Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik.

Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”, - deyə XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO