İtaliyada keçirilən Kunq Fu üzrə Dünya Çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, Xalq artisti Emin Ağalarovun 11 yaşlı qızı Əminə Əliyeva yarımfinalda rəqibini məğlub edərək finala yüksəlib.
Ağalarov özünün instaqram hesabında qızının uğurunu paylaşıb.
“Qürurum, Əminəm! Bu gün həqiqətən sizinlə bir sevincimi bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özünə inam və sevdikləri işlə məşğul olmaqdan həzz almalarını arzulayıram!” - deyə o paylaşımda qeyd edib.
Qeyd edək ki, Əminə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:36 / 17.05.2025
Əminə Əliyeva dünya çempionatının FİNALINDA - VİDEO
Hazırda oxunan: Əminə Əliyeva dünya çempionatının FİNALINDA - VİDEO
Hazırda oxunan: Əminə Əliyeva dünya çempionatının FİNALINDA - VİDEO
249901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.