İlham Əliyev Tokayevə zəng edib

İlham Əliyev Tokayevə zəng edib

Hazırda oxunan: İlham Əliyev Tokayevə zəng edib

249842

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
 

Dövlətimizin başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.


Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO