Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib.
Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:01 / 13.05.2025
Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi – FOTO/VİDEO
Hazırda oxunan: Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi – FOTO/VİDEO
Hazırda oxunan: Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi – FOTO/VİDEO
249055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.