“Ankara ilə Ağ Ev arasındakı problemlər bir görüşlə həll olunmaz

“Ankara ilə Ağ Ev arasındakı problemlər bir görüşlə həll olunmaz" - Türkiyəli generaldan ÖZƏL

Hazırda oxunan: “Ankara ilə Ağ Ev arasındakı problemlər bir görüşlə həll olunmaz" - Türkiyəli generaldan ÖZƏL

24890

"Ərdoğanla Baydenin görüşü Cozef prezident olduqdan bəri üzbəüz ilk görüşdür. Görüşün saatyarım davam etməsi müzakirə mövzularının çox olduğunu göstərir. Amma Türkiyə ilə ABŞ arasındakı problemlərin belə qısa görüşlə həll olunması mümkün görünmür"

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Türkiyəli general Yücel Karauz bildirdi. Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesinin fikrincə, elə məsələlər var ki, həll olunmadıqca qalıcı vəziyyət alıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: "ABŞ terror təşkilatlarına verdiyi dəstəyi sonlandırmalıdır"


"Problemlərin həll olunması ilə bağlı Ankaranın Ağ Evə xoş münasibət sərgiləməsinə rəğmən ABŞ əvvəllər olduğu kimi yenə də Türkiyəni diz çökdürmək, Ankaranın Vaşinqtonun maraqlarına xidmət etməsini gözləyir. Amma artıq Amerikanın maraqlarına xidmət etmək Türkiyənin xarici siyasətində yoxdur. 

Türkiyənin cənubunda terror koridorunu təşkil edən PKK və YPG-yə göstərilən yardım, digər tərəfdən Yunanıstana verilən dəstək, S-400 və F-35 problemləri, Kipr kimi və s. problemlər mövcuddur.

ABŞ ilə ziddiyyətə səbəb olan bu məsələlər isə qısa müddətdə çözülə bilməz. Hər iki tərəfin mövcud tezislərlə bağlı fədakarlığı lazımdır. Çünki 1952-ci ildən bu yana Türkiyə və ABŞ eyni ittifaqın üzvləridir".

Yücel Karauzun sözlərinə görə, görüşdən sonra sadalanan problemlərin həlli gözlənilmirdi. Mövcud problemlərin hələ davam edəcəyini dəyərləndirmək daha uyğun olar:

"Fəqət Əfqanıstan mövzusunda olduğu kimi, ABŞ və Türkiyə Liviya da daxil olmaqla Suriya və Ukrayna ilə bağlı bərabər fəaliyyət göstərə bilərlər. Ağ Ev əməkdaşlığa daha səmimi yanaşsa problemlər həll olunar. 

Lakin hazırda Vaşinqtondan bu səmimiyyəti görmək mümkün deyil"

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO