Ağ Evdən Azərbaycana MESAJ VAR – “Bakı bundan dividendlər əldə edə bilər”

Ağ Evdən Azərbaycana MESAJ VAR – “Bakı bundan dividendlər əldə edə bilər”

Hazırda oxunan: Ağ Evdən Azərbaycana MESAJ VAR – “Bakı bundan dividendlər əldə edə bilər”

24869

"Türkiyə və ABŞ arasında onilliklərdir yığılıb qalan, öz həllini gözləyən bir sıra problemlər var. Hələ ki, bu problemlərin və ya heç olmasa bir hissəsinin yaxın gələcəkdə çözüləcəyi haqqında ciddi bir mesaj və ya ümid yoxdur".

Bu sözlər Bizim.Media üçün Bayden-Ərdoğan görüşünü şərh edən politoloq Əli Hacızadəyə aiddir. Fikirlərinin davamında politoloq bildirdi ki, Azərbaycanın maraqları ABŞ ilə Türkiyə arasında stabil mütəffiqlik əlaqələrinin olmasını tələb edir:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Brüsseldə niyə “Azərbaycana gedirəm” dedi? – ÖZƏL YOZUM


"Vaşinqton və Ankara arasında gərginlik və həll olunmamış problemlər toplusu bizə də lazım deyil. Bəzi qərbli analitiklərin fikirlərinə görə ABŞ Əfqanıstan və Böyük Yaxın Şərqdə bəzi mövqelərdən çəkilərək bu mövqeləri Ankaranın nəzarətinə vermək üstündə düşünür, lakin bunun üçün Ankara və Vaşinqton arasında olar problemlərin heç olmasa bir hissəsinin həll olunması zəruridir. Belə olarsa, Azərbaycan da bundan ciddi geosiyasi dividendlər əldə edə bilər. 

O ki, qaldı Ağ evin Ankara üzərindən Bakıya mesajına, düzü sırf Azərbaycanla bağlı hər hansısa mesajın bu üsulla verilməsinə inanmıram, birincisi ona görə ki, Azərbaycan özü özlüyündə bir oyunçudur və ABŞ bunu bilir və qəbul edir, ikinci, Vaşinqton ilə Bakı arasında normal bir dialoq mövcuddur və ABŞ ilə Azərbaycan arasında olan məsələlər vasitəçi olmadan da müzakirə edilə bilər və edilir. 

Lakin Ağ evin Türkiyə-Azərbaycan tandemi ilə bağlı ümumi mesajı ola bilər, bəli bunun istisna etmək olmaz.

Bu tandem bölgədə həm ABŞ-ın tərəfdaşı ola bilər, həm də Vaşinqtonun özünə rəqib bildiyi dövlətlərin də tərəfdaşı ola bilər. Ağ Evdə bunu bilirlər və təbii ki, siyasətlərini buna dair qururlar".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO