“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.
"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:17 / 08.05.2025
SON DƏQİQƏ! AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı
Hazırda oxunan: SON DƏQİQƏ! AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı
Hazırda oxunan: SON DƏQİQƏ! AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı
248295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.