Musa Qasımlı:

Musa Qasımlı: "Ermənistanda vətəndaş müharibəsi gözlənilir"

Hazırda oxunan: Musa Qasımlı: "Ermənistanda vətəndaş müharibəsi gözlənilir"

2482

Bu gün Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir, ölkədə hakimiyyətsizlik höküm sürür. İrəvanda qarşdurmalar, cinayətkarlıq və oğurluq ən pik həddinə çatıb. Dünən isə 17 müxalif partiya mərkəzi meydanda Paşiniyanın istefası tələbi ilə mitinq keçirib.

Yaranmış son vəziyyət ətrafında tarixçi, professor, millət vəkili Musa Qasımlı ilə danışdıq.

- Musa müəllim, İrəvanda etirazçılar Sorosun “Açıq Cəmiyyət İnstitutu”nun ofisini dağıdıblar... 

- Təkcə Sorosun İrəvan ofisi deyil ki. Belə yerləri sıralasaq, böyük siyahı alınar. Onsuz da aqressiv olan ermənilər daha da vəhşiləşiblər, parlamentin binası, plenar iclaslar keçirilən zalı, millət vəkillərinin otaqları tarmar edilib. Bundan başqa, baş nazirin kabineti yernən yeksan olub. Paşiniyan deyir ki, kompüterini, saatını, parfümünü də oğurlayıblar. Orada özbaşnalıqdır hazırda.

Təbii ki, 30 il idi Ermənistan rəhbərliyi erməniləri aldadırdı ki, qələbə çalmışıq.

Amma bu gün o qələbə yoxdur. Bir zamanlar Ermənistanla Qarabağı birləşdirmək istəyirdilər, buna “miatsum” deyirdilər. Yəni Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası. Bu gün miatsum yoxdur, tamamilə sıradan çıxıb və artıq tarixin zibilliyinə atılıb. Bir zamanlar deyirdilər ki danışıqlar qondarma rejimlə aparılmalıdır, qondarma rejim tanınmalıdır.

Bu gün o rejim də yoxdur, zibilliyə atılıb.

Azərbaycan bir vaxtlar, hansı ki, torpaqlarını itirmişdi, yüksək status təklif edirdi, ermənilər onu qəbul etmirdilər. Bu gün isə Azərbaycan qanı bahasına öz torpaqlarını azad edib, artıq sözügedən status da yoxdur və söhbət belə gedə bilməz. Bu şəraitdə erməni ünsürü onları rəzil günə salanlardan haqq hesab istəyir.

-Nikol Paşinyan məğlub edilib və onun rəhbərlik etdiyi Ermənistan təslim  olub.

Ermənistandakı daxili, siyasi, ictimai şərait böhran vəziyyətindədir və bütün ölkə boyu davam edir. Təbii ki, Paşinyanın hara qaçması onun öz işidir. Harada, kimlər neçə qarşılayar, qəbul edər, harada yerləşdirərlər bu onlarla bağlı olan məsələdir. Amma düşünürəm ki, Paşinyan artıq bir siyasətçi kimi bitib, harada olmasının elə bir əhəmiyyəti yoxdur. İmzaladığı sənəd də Ermənistanın təslim aktıdır.

- Ermənistanda yeni hakimiyyət hazırlığından danışmaq nə dərəcədə doğru ola bilər?

- Bu böhran çox dərindir, yaxın günlərdə yeni hakimiyyətin formalaşacağını güman etmirəm. Bu adi böhran deyil, kaputuliasiyadan sonra ayağa qalxmağa vaxt lazımdır. Hələ proseslər bundan sonra başlayacaq və baş verənlər qarşıdurma, vətəndaş müharibəsi həddinə qədər gəlib çıxa bilər.

- Ermənistanda müxalifət xalqı etiraz aksiyalarına çıxrıb. Mitinq təşkilatçılarının xarakteristikasını necə izah edərdiniz?

- Onların başlıca məqsədi bundan ibarətdir ki, imzalanmış bəyanat parlamentə göndəriləndə təsdiq olunmasın. İndiki hakimiyyəti və orada təmsil olunanların hamısını qovsunlar. Bütün variantlar onu göstərir ki, vəziyyət qarşıdakı günlərdə son dərəcə kəskinləşəcək.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO