Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri ilə görüşdü - FOTO

248158

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
 

Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.


Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO