Belarusla Azərbaycan arasında sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi APARILDI - FOTO

Belarusla Azərbaycan arasında sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi APARILDI - FOTO

Hazırda oxunan: Belarusla Azərbaycan arasında sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi APARILDI - FOTO

247828

Ölkəmizdə səfərdə olan Belarus Respublikası əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko DOST Agentliyində olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, 1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Tatyana Astreykoya DOST mərkəzlərinin fəaliyyəti və iş prinsiplərinə dair məlumat verilib. DOST konsepsiyasına və son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektonlaşdırılması sahəsində əldə olunan uğurlara dair təqdimatlar edilib.
 

Agentlikdə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanla Belarus arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin inkişafından bəhs edib. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın daim genişlənməkdə olduğunu deyib.


Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin, o cümlədən son illər iki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Həmin Memorandumun icrası üzrə Tədbirlər Planının, habelə DOST Agentliyi ilə Belarusun “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında əməkdaşlıq sənədlərinin layihələrinin də hazırlandığı qeyd edilib.

Son illər Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb.

Belarus Respublikası əmək və sosial müdafiə nazirinin birinci müavini ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edib, sosial sahədə ikitərəfli əməkdaşlıq gündəliyini genişləndirmək üçün ardıcıl işlərin aparıldığını vurğulayıb.

Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO