Müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq, ermənilər bütün cəhdləri ilə Azərbaycan tərəfinə mina xəritələrini verməkdən imtina edir.
Nəhayət, əldə edilən razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim olundu.
Bunun müqabilində isə saxlanılan 15 nəfər erməni hərbi əsir Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi.
MÖVZU İLƏ BAĞLI:
İKİ ADAMA BİR MİNA - Ağdam hesabı ilə Qarabağda 500 mindən çox mina basdırılıb - Fərhad Məmmədovun CAVABI
Hazırda cəmiyyəti bir məsələ narahat edir. Qarabağda nə qədər mina basdırılıb? Digər ərazilərin mina xəritələri nə zaman Azərbaycana qaytarılacaq?
Hərbi ekspert Ədalət Verdiyevin ehtimalına görə Qarabağda 500 mindən çox mina basdırılıb. O, bu barədə Bizim.Media-ya danışarkən deyib.
“Lakin o ərazilərdə tək mina problemi deyil. Bundan başqa orada minlərlə partlamayan sursatlar, qurulan tələlər var. Digər kustar üsulu ilə partlayıcı qurğulara da rast gəlmək mümkündür. Bunları da hesaba vursaq Qarabağda təxminən 1 milyona yaxın partlayıcı qurğu var”.
Ekspert digər ərazilərin mina xəritələrinin verilməsi barədə də fikirlərini Bizim.Media ilə bölüşüb.
“Bildiyimiz kimi saxlanılan ağır cinayətləri olmayan ermənilərin bir hissəsi (15 nəfər) Ağdamın mina xəritələri müqabilində Ermənistana qaytarılması bu dəfə başqa bir platformadan həyata keçirildi.
Gürcüstan, ABŞ və Avropa İttifaqı platformasında aparılan proses münbit bir etimad mühitinin yaranığına ehtimal etməyə əsas verir. Buna görə, hesab edirəm ki, gələcəkdə proseslərin bu inkişafı davam edə bilər”.
Vüsalə Balayeva, Bizim.Media