İlham Əliyev: “Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür”

İlham Əliyev: “Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür”

247510

“Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı deyib.
 

“Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür.


Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz.

Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir”, - deyə Dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO