İrəvanın Ağdam üzrə təqdim etdiyi mina xəritələrinə baxdıqda görmək olar ki, ermənilər sanki hər iki adama bir mina basdırıblar. Yəni, niyyətləri erməni olmayanların, əsasən də azərbaycanlıların günahsız yerə qanını tökməkdir. Bu isə onların terrorçu xislətinin növbəti isbatıdır. Sual yaranır ki, ermənilərin oxşar hərbi cinayətləri niyə cəzasız qalır? BMT TŞ-nın 5 daimi (Çin, Fransa, ABŞ, Rusiya, Böyük Britaniya) üzvündən ikisinin Ermənistana havadarlıq etməsimi daşnakların terror “icazə”lərini verir?
MÖVZU İLƏ BAĞLI:
Bayden Ərdoğanla niyə Putindən qabaq görüşür? – Səbəblər AÇIQLANDI
Bizim.Media sualla bağlı politoloq Fərhad Məmmədova müraciət etdi.
Açıqlamasının əvvəlində “Ermənistan bu cəzasızlıq şəraitində illər ərzində işğalı davam etdirib” deyən politoloq bildirdi ki, burada təəccüblənməyə dəyməz:
“Məhz Azərbaycanın özü Ermənistanı cəzalandırdı. Elə bu illər ərzində də Bakı İrəvanın cəzasını verdi. Çünki sərhədlər bağlı idi və bu cəzalandırmaya Türkiyə də qoşularaq Ermənistanla sərhədləri qapalı saxlayırdı. Nəticədə isə müharibə vasitəsilə Ermənistan tam olaraq cəzalandırdıldı. Ermənistan mina məsələlərindən sui-istifadə edir. Azərbaycan tərəfi də bunu bir hərbi cinayət kimi qiymətləndirir.
Çünki savaş bitdikdən sonra da Azərbaycan vətəndaşları ölür, yaralanır. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk Qrupunun həmsədrləri mina xəritələri məsələsində uzunmüddətli sülhü səmimi istəyən dövlətə qarşı israrlı və prinsipial olmalıdır.
Çünki mina xəritələri Bakıya verilməsə də, Azərbaycan bu əraziləri təmizləyəcək. Lakin proses daha çox vaxt alacaq və əfsuslar olsun, daha çox can alacaq.
Xəritələrin verilməsi isə minatəmizləmənin sürətlənməsinə gətirib çıxarar. Böyük dövlətlərin özləri anlamalıdırlar ki, illər boyu Ermənistan üçün yaradılan cəzasızlıq şəraitinin nəticələri acınacaqlıdır. Əgər onlar bu siyasəti yenə davam etdirmək niyyətindədirlərsə, bu yanaşmanın nəticəsizliyini yenə də görəcəklər. Artıq bu, onların öz seçimidir. İndi biz görürük ki, ABŞ bu istiqamətdə fəallıq nümayiş etdirir. Rusiya noyabr ayından bu yana, vasitəçidir və bu istiqamətdə müəyyən irəliləyişlər artıq mövcuddur”
Anar Rəhimov, Bizim.Media