Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına REAKSİYA – VİDEO

Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına REAKSİYA – VİDEO

Hazırda oxunan: Ceyhun Bayramovdan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına REAKSİYA – VİDEO

246042

ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi istiqamətində rəsmi İrəvandan müvafiq addımların atılması gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
 

Nazir bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur.


Eyni zamanda, Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır: 

“Revanşist meyillər demişkən, bu günlərdə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə təəssüf ki, dünən Fransada da baş verib. Adları çəkilən ölkələrin müvafiq strukturları başqa bir ölkənin atributlarının yandırılmasını cinayət əməli kimi qiymətləndirmək üçün ciddi addımlar atmalıdır. Bizim gözləntimiz bundan ibarətdir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO